• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

ƏSRİN MÜBADİLƏSİ: Savçenko Kiyevdə! - FOTOLAR (YENİLƏNİR)

  • Dünya
  • 25 May 2016 16:08
  • 856 Baxış
ƏSRİN MÜBADİLƏSİ: Savçenko Kiyevdə! - FOTOLAR (YENİLƏNİR)

Ukrayna Milli Qəhrəmanı, təyyarəçi Nadejda Savçenkonu Rusiyadan gətirən təyyarə Kiyevdə yerə enib.

Publika.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, bu barədə prezident Pyotr Poroşenko bildirib. Qeyd edək ki, prezident Savçenkonu qarşılamaq üçün şəxsən hava limanına gedib.

***

Ukraynanın Milli Qəhrəmanı, təyyarəçi Nadejda Savçenko ölkəsinə qayıdır.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, Savçenkonun olduğu təyyarə artıq Rusiyanın Rostov-na-Donu şəhərindəki hava limanından Kiyevə uçub. Onu Kiyevə Ukrayna prezidenti Pyotr Poroşenkonun şəxsi təyyarəsində gətirirlər.

Eyni zamanda, Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri – Aleksandr Aleksandrov və Yevgeni Yarofeyev prezident Vladimir Putinin təyyarəsində Kiyevdən Rostov-na-Donu şəhərinə uçublar.

İlkin məlumata görə, tərəflər hərbi əsrləri dəyişmək barədə razılıq əldə ediblər. Bəzi məlumatlara görə, rusiyalı zabitlər Poroşenko tərəfindən əfv edilib. Savçenkonun əfvi barədə heç bir informasiya verilmir. Amma onun qaytarılması Kremlin də eyni addım atdığını göstərir.

Xatırladaq ki, Nadejda Savçenko Ukrayna ərazisində separatçılara əsir düşəndən sonra qanunsuz olaraq Rusiyaya aparılıb. Rusiya məhkəməsi onun barəsində saxta ittihamlarla 22 il həbs qərarı çıxarıb.

Aleksandrov və Yarofeyev isə 2015-ci ildə Luqanskda Ukrayna ordusuna əsir düşüblər. Onlar terrorçuluqda və başqa ölkə ərazisində müharibə aparmaqda ittiham olunaraq 14 il həbs cəzası alıblar. Kiyev onların Rusiya Silahlı Qüvvələrinin zabitləri olduğunu bildirir. Moskva isə hər iki zabitin tərxis olunduğunda təkid edir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>