• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Erməni kəşfiyyatçı: “Artıq Azərbaycan onlarla hərbçimizi məhv edə bilər...”

  • Dünya
  • 25 May 2016 15:52
  • 978 Baxış
Erməni kəşfiyyatçı: “Artıq Azərbaycan onlarla hərbçimizi məhv edə bilər...”

“Taktiki nöqteyi-nəzərdən onlar (azərbaycanlılar-red.) onlarla hərbçimizi məhv edə bilərlər”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu İrəvanda keçirilən mətbuat konfransında keçmiş kəşfiyyatçı Vova Vardanov deyib.

O bildirib ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu artıq erməni mövqelərini açıq-aydın müşahidə edə bilir.

“Müzakirə olunan həmin 700-800 hektar ərazi səngərlər arasındakı neytral xətdir. Əlbəttə ki, bu, vacib ərazidir. Bir mövqe böyük strateji əhəmiyyətə malik olmaya bilər, lakin böyük taktiki və operativ önəm daşıdığı birmənalıdır. Çünki artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR