Sarkisyan etirazları rus polisi ilə yatıracaq
Bizi izləyin

Dünya

Sarkisyan etirazları rus polisi ilə yatıracaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin polis qüvvələri mayın 24-dən 26-dən Ermənistanda “Kobalt-2016” adı altında operativ təlimlər keçir.

Publika.az-ın erməni mətbuatına istinadən məlumatına görə, təlimdə Qazaxıstan, Qırğızıstan, Rusiya, və Ermənistan polis qüvvələri iştirak edir.

Ermənistan parlamentinin deputatı Tevan Poqosyan hesab edir ki, bu təlimlər narahatlığa səbəb olur: “Belə görünür ki, bundan sonra Ermənistanda kütləvi etirazları erməni polisi yox, KTMT qüvvələri yatıracaq. KTMT-yə bu hüquq verilir. Bu, birbaşa Ermənistanın daxili işlərinə qarışmaqdır”.

KTMT-nin baş katibi Nikolay Bordyuja da bu haqda danışarkən bildirib ki, əgər təşkilata üzv ölkədə kütləvi iğtişaşları milli qüvvələr yatıra bilməsə, o zaman, təşkilat qüvvələrinin müdaxilə etmək hüququ var”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm