• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Savçenko: “Rusiyanın acığına ölməyəcəyəm” – FOTOLAR/VİDEO

  • Dünya
  • 25 May 2016 17:39
  • 842 Baxış
Savçenko: “Rusiyanın acığına ölməyəcəyəm” – FOTOLAR/VİDEO

Ukrayna Milli Qəhrəmanı, təyyarəçi Nadejda Savçenko vətəninə qayıtdıqdan sonra bir sıra bəyanatlarla çıxış edib.

Publika.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Savçenko təyyarədən düşən kimi ilk olaraq bacısı və anası ilə görüşüb.

Daha sonra jurnalistlərlə danışan keçmiş dustaq onu dəstəkləyən hər kəsə təşəkkür edib: “Məni dəstəkləyən hər bir kəsə təşəkkür edirəm. Sizin sayənizdə sağ qaldım. Mənə pislik istəyənlərə isə deyirəm: sizin acığınıza sağ qaldım. Bitərəflərə də sözüm odur ki, mane olmadığınıza görə sağ olun”.

Təyyarəçi övladları müharibədən qayıtmayan valideynlərdən üzr istəyib: “Mən azadlıqdayam. Sağ olduğum üçün övladları həlak olanlardan üzr istəyirəm. Mən ölənləri qaytara bilmərəm, amma Ukrayna üçün həyatımı qurban verməyə, cəbhəyə qayıtmağa hazıram. Həbsdə olanların azad olması üçün var qüvvəmlə çalışacağam. Bütün qəhrəmanlar ölməməlidir. Qəhrəmanların ölməsi kiməsə sərf edir. Amma biz ölməyəcəyik. Ukrayna naminə və Rusiyanın acığına ölməyəcəyik”.

Daha sonra Prezident Administrasiyasına yola düşən Savçenko prezident Poroşenko ilə görüşüb. Hazırda Poroşenko və Savçenko birgə mətbuat konfransı keçirilər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>