Tramp Nyu Meksikanı bir birinə qatdı
Bizi izləyin

Dünya

Tramp Nyu Meksikanı bir birinə qatdı

Nyu Meksika ştatının paytaxtı Albukerkedə Trampa qarşı keçirilən aksiya zamanı polislə toqquşma baş verib.

Aksiya Trampın seçiciləri qarşısında çıxış etdiyi binanın önündə keçirilib. Trampa qarşı çıxan aksiyaçılar polisi daşa basıb, yandırıcı butulkalar atıblar. Polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombasından istifadə edib.

Nyu-Meksika ştatında əsasən latınamerikalılar yaşayır. Onlar Trampun miqrasiya siyasətinə qarşıdəlar.

Bu ştatda praymeriz iyunun 7-də keçiriləcək.

Mayın 24-də Vaşinqton ştatında keçirilən ilkin seçkilərdə Demokrat Partiyasından Hillari Klinton, Respublikaçılardan isə Donald Tramp qalib gəlib.

Beləliklə prezidentliyə hər iki iddiaçı partiyalarından yekun namizədliyə bir az da yaxınlaşıblar. Trampın namizəd olması üçün lazım olan 1237 nümayəndə səsindən cəmi 14-ü çatmır. Amma görünür iyunun 7-dək onu da toplayacaq.

Hillari Klintonun isə 78 nümayəndə səsi çatışmır. Klinton artıq 1768 nümayəndə səsi yığıb. Onun da iyunda qalan səsləri tolyacağı gözlənilir.

Klintonun rəqibi Bernie Sandersin isə cəmi 1497 səsi var.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm