ABŞ-ın Suriya əməliyyatının sirri açıldı – ŞOK İDDİA
Bizi izləyin

Dünya

ABŞ-ın Suriya əməliyyatının sirri açıldı – ŞOK İDDİA

ABŞ hərbi aviasiyası və PYD-nin (PKK terror təşkilatının Suriya qolu) rəhbərlik etdiyi Pakka əməliyyatın arxasında Vaşinqtonun PYD-ə meydan açma cəhdi dayanır.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bunu əməliyyatı şərh edən keçmiş Rakka Hərbi Məclisinin səlahiyyətlisi, polkovnik İmadəddin Səid deyib.

“ABŞ-ın İŞİD-ə yönəlik güc nümayişi Suriyada bir şəhərin yerlə-yeksan edilməsini təmin edəcək. On minlərlə insanın yaşadığı şəhər sayı bir neçə min İŞİD terrorçusunun üzündən xəritədən silinəcək. ABŞ və PYD-də bunu bilir. İnsanlar şəhərdən qaçmağa çalışır. Ancaq İŞİD vətəndaşlardan qalxan kimi istifadə edəcək. Çox yaxında Suriyada Rakka adında bir şəhər qalmayacaq”, - o, bildirib.

Onun sözlərinə görə, əməliyyatın gedişatı 8-10 gün ərzində müəyyən ola bilər. Polkovnik qeyd edib ki, PYD-in istənilən halda böyük itkilər verməsi qaçılmazdır.

“ABŞ illərdir ki, bölgədə PYD-ni hakim qüvvə etmək istəyir. Ancaq bu, müvəqqəti reallaşsa belə, PYD-nin uzunmüddətli burada olması qeyri-mümkündür”, - deyə İmadəddin Səid vurğulayıb.

Qeyd edək ki, İŞİD terror təşkilatının de-fakto paytaxtı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün əməliyyat mayın 24-də başlanıb. Koalisiya təyyarələri Rakka ətrafında İŞİD-in mövqelərini bombalayır. Əməliyyata 12 min döyüşçü qatılıb. Rakkanın mülki əhalisinin Der əz-Zor şəhərinə qaçmağa başladığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm