NATO yeni müharibəyə başlayır
Bizi izləyin

Dünya

NATO yeni müharibəyə başlayır

NATO-nun Liviyada həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıq çərçivəsində Yunanıstan hava məkanını üç ay müddətinə bu ölkənin təyyarələri üçün bağlayıb.

Publika.az xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, Liviyanın bütün hava limanlarının Yunanıstan, həmçinin İtaliya və Maltanın uçuş informasiyalarına girişi bağlanılıb.

Agentlik xatırladır ki, NATO-unun baş katibi Yens Stoltenberq mayın 24-də İtaliyanın baş naziri Matteo Rensi ilə görüşdən sonra Liviyadakı vəziyyətə müdaxilə edəcəyini elan etdi. Onun sözlərinə görə, ittifaq bunu Liviyanın Milli Razılıq Hökumətinin xahişi ilə edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm