Baş nazir bəzi nazirliklərdə kadr dəyişiklikləri planlaşdırır
Bizi izləyin

Dünya

Baş nazir bəzi nazirliklərdə kadr dəyişiklikləri planlaşdırır

Yaxın günlərdə Mədəniyyət Nazirliyi aparatının rəhbəri Sergey Avetisyan vəzifəsindən kənarlaşdırılacaq, kadr dəyişikliklərinin nazir müavinlərinə də şamil ediləcəyi gözlənilir

Ermənistanın baş naziri Tiqran Sarkisyan yaxın vaxtlarda bəzi nazirliklərdə kadr dəyişiklikləri həyata keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə "Joxovurd" qəzeti öz mənbəsinə istinadən xəbər verir.Вelə ki, yaxın günlərdə Mədəniyyət Nazirliyi aparatının rəhbəri Sergey Avetisyan vəzifəsindən kənarlaşdırılacaq, kadr dəyişikliklərinin nazir müavinlərinə də şamil ediləcəyi gözlənilir.

Hazırda mədəniyyət naziri Asmik Poqosyanın iki müavini var, müavin ştatının artacağı da ehtimal edilir.

Qəzet yazır ki, Ermənistanın iqtisadiyyat nazirinin beş müavini arasında da dəyişikliklər olacaq, onlardan bəziləri tutduqları vəzifədən kənarlaşdırılacaqlar.

Nəşr yazır: "Qəzetin müxbiri bu məlumatı Baş nazirin mətbuat katibi Arutyun Berberyanla dəqiqləşdirməyə cəhd göstərsə də, o, belə kadr dəyişikliklərinin olacağı halda bu barədə qanun çərçivəsində məlumat veriləcəyini bildirib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm