Ukrayna Rusiyanın miqrant qanununa cavab verdi
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanın miqrant qanununa cavab verdi

Ukrayna Rusiyanın miqrant qanununa cavab verdi

Ukrayna Rusiya vətəndaşları ilə bağlı yeni miqrant qanununu qəbul edib.

Publika.Az – ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşları 7 Aprel tarixindən başlayaraq, Ukrayna ərazisində 180 gün ərzində ən çox 90 gün qala bilərlər.

Bu demək olar ki, Rusiyada yanvar ayının 1-indən qüvvədə olan miqrant qanunun eynidir. Rusiyanın yeni miqrant qanununa əsasən, uzun müddətli vizalara malik olmayan xarici dövlətlərin vətəndaşları Rusiya ərazisində üç ay ərzində qala bilərlər, bundan sonra isə vətənə qayıtmağa məcburdurlar. Rusiyaya təkrar giriş isə yalnız 90 gün sonra mümkündür. Qanuna riayət etməyənlərin üç il, qanunu təkrar pozanların isə beş il müddətində Rusiyaya girişinə qadağa qoyulacaq.

Ukraynanın Dövlət Sərhəd Xidməti Administrasiyasının mediaya açıqlamasında qanunun Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətlərə cavab olaraq qəbul edildiyi bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm