Rusiya Marsı müstəmləkəyə çevirir, Ayda isə... – Dünya üçün pis xəbər
Bizi izləyin

Dünya

Rusiya Marsı müstəmləkəyə çevirir, Ayda isə... – Dünya üçün pis xəbər

“2030-cu ildə Rusiya Marsı müstəmləkəyə çevirir. Kosmonavtlar Ayda günəş enerjisi ilə işləyən baza və elmi laboratoriya tikəcəklər”.

Publika.az xəbər verir ki, bu haqda Rusiya kosmik agentliyinə istinadən edən Belçikanın “European Council on Foreign Relations” nəşrində deyilir.

Nəşr Rusiyanın “yerdəki” vəziyyətini təxmin etməyə çalışıb. Qeyd edilir ki, 2030-cu ildə prezident Vladimir Putinin 78 yaşı olacaq və həmin vaxt o, artıq hakimiyyətdə olmaya bilər. “European Council on Foreign Relations” rusiyalıların beş milyon azalacağını, iqtisadiyyatın zəif artacağını yazıb.

Amma beynəlxalq səhnədə Rusiyanın mövqeyi necə olacaq?

Qeyd edilir ki, Rusiyanın davranışını qabaqcadan xəbər vermək həmişə çətindir və son bir neçə ildə bunu etmək daha mürəkkəb olub: “2008-ci ildə Gürcüstanla müharibə, 2014-cü ildə Ukraynaya müdaxilə və 2015-ci il Suriya kampaniyası siyasi rəhbərləri və analitikləri qəflətən yaxaladı. Moskva kobud hərəkətləri ilə dünyanı təəccübləndirməyi öyrənib. Rusiya son illərdə daha inadkar və davakar xarici siyasət həyata keçirir. Bunun arxasında Avropada təhlükəsizlik prinsiplərini təkrar gözdən keçirmək və Rusiyanı yenidən qlobal gücə çevirmək cəhdi gizlənir. Gürcüstan və Ukraynada təsir sahəsinin yaradılmasına çalışılır ki, onlar NATO və Avropa Birliyinin üzvü olmasınlar”.

Nəşr bildirir ki, Putinin birinci iki prezidentliyi müddətində onun qanunauyğunluğu əsasən görünməmiş iqtisadi artımın hesabına təmin olunurdu: “Neft qiymətlərinin düşməsindən sonra bu daha mümkün deyil. Putin hazırda iqtisadi bədbəxtliklərdən insanların diqqətini yayındırmağa və Rusiya militarizmi ilə özünə qanunauyğunluğu təmin etməyə çalışır. Kreml hesab edir ki, müəyyən ölçüdə Qərblə düşmən münasibətlər onun maraqlarına xidmət edir. Bu təcavüzkar xarici siyasətin həyata keçirilməsi və ölkə daxilində nəzarətin sərtləşdirilməsinə bəhanə verir. Amma yaxşı xəbər ondan ibarətdir ki, Rusiya Qərblə tammiqyaslı hərbi qarşıdurmaya cəhd etmir. Rusiyaya mühasirə mentalitetini formalaşdırmaq və xalq dəstəyini almaq üçün kiçik münaqişələr və böhranlar lazımdır. Pis xəbər ondan ibarətdir ki, əgər Kreml qanunauyğunluğun alternativ modelini tapmasa, gərginlik çətin ki, azalacaq”.

Nəşr qeyd edir ki, Rusiya xarici siyasətində tez-tez hərbi gücə qaçacaq: “Suriya, Ukrayna və Gürcüstandakı hərbi macəralarından Moskva dərs çıxardı ki, hərbi güc diplomatik və siyasi hədəflərə çatmağa kömək edən effektiv xarici siyasət aləti ola bilər. Rusiya Gürcüstanı NATO-ya giriş şanslarından məhrum etməyi bacardı. O, hibrid metodları tətbiq edərək Krım yarımadasını müvəffəqiyyətlə zəbt etdi. Suriyada müttəfiqinin siyasi prosesdə əvəzolunmaz güc kimi möhkəmlənməsinə nail oldu. Ancaq Rusiya bilir ki, hərbi gücün öz çatışmazlıqları və riskləri var. O Donbasda ilişdi və Suriyada bu səhvi təkrarlamağı arzulamır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm