“Rossiya 1”dən növbəti “səhv” – Özbəkistan Tacikistan oldu
Bizi izləyin

Dünya

“Rossiya 1”dən növbəti “səhv” – Özbəkistan Tacikistan oldu

“Rossiya 1” telekanalı Özbəkistanı növbəti dəfə qəzəbləndirib.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, kanal “Vesti” informasiya proqramının buraxılışında Özbəkistanı Tacikistanla qarışdırıb.

“Səhv” Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasının nəticələrinə həsr edilmiş süjetlərindən birində buraxılıb. İclas 24 may tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçirilirdi.

Kanal Rusiyanın xarici işlər naziri Sergey Lavrovun jurnalistlərə açıqmasını verib. “Rossiya 1” onun nitqi boyunca Tacikistandan bəhs edib.

“Rossiya 1”in bu səhvinə özbək KİV-i diqqəti yönəldib. KİV xatırladır ki, bu, Rusiya kanalının ilk başdansovma hərəkəti deyil. Belə ki, idman şərhçisi Dmitri Quberniyev Soçi Qış Olimpiadasının açılış mərasimi zamanı iştirakçı ölkələri təqdim edərkən Özbəkistanı Tacikistan adlandırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm