Səudiyyə Ərəbistanı heyvanlarla şelfini qadağan etdi
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı heyvanlarla şelfini qadağan etdi

Səudiyyə Ərəbistanı elmi araşdırmalar və dini hüquq üzrə ali komitə pişiklərlə selfi çəkməyi, stolüstü oyunları və “Pokemon” yapon cizgi filminin personajlarının iştirakı ilə kart oyunlarını oynamağı qadağan edən fitva verib.

Publika.az xəbər verir ki, bu haqda “Newsweek” nəşri yazıb.

Fitvada bildirilir ki, Pokemon” yapon cizgi filminin personajları islam dininə birbaşa ziddir, oyunlar yalnız vaxtın boş yerə xərclənməsi deyil, onlar həm də sionist ideyaları özündə saxlayır.

Krallıq sakinlərinə ev heyvanları ilə şelfi çəkdirməyi ilahiyyatçı alim, İlahiyyatçılar Şurasının üzvü şeyx Salah Bin Fayzan al-Fauzan qadağan edib. Nüfuzlu dini lider pişiklərlə selfinin ziyanını xüsusilə qeyd edib. Onun fikrincə, heyvanlarla şəkillər Qərb mədəniyyətdə sitayiş əlamətidir.

“Problem heyvanlarda deyil, təsvirdədir. Bütlər həqiqi dinin qanunlarına ziddir. Nə itlərlə, nə pişiklərlə, nə də canavarlarla çəkil çəkmək olar”, - o, qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm