Qorbaçovun Ukraynaya girişi qadağan edildi
Bizi izləyin

Dünya

Qorbaçovun Ukraynaya girişi qadağan edildi

Ukraynanın təhlükəsizlik xidməti keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun ölkəyə girişinə 5 il qadağa qoyub.

Bu barədə “Ukrainskaya Pravda” qəzeti təhlükəsizlik xidmətinin nümayəndəsi Elena Gitlyanskaya istinadla məlumat yayıb. O, bunun ölkənin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Qorbaçovun Krımın hərbi ilhaqını açıq şəkildə dəstəkləməsi ilə bağlı olduğunu deyib.

Ali Radanın deputatı Anton Geraşenko bundan əvvəl təhlükəsizlik xidməti və Ukraynanın Xarici İşlər Nazirliyidən onun ölkəyə girişinə qadağa qoyulmasını tələb etmişdi.

Qorbaçov 2016-cı il mayın 22-də “Sunday Times” qəzetinə müsahibəsində Rusiyanın Krımı ilhaq eləməsinin düzgün qərar olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm