Rusiyanın hərbi prokuroru Türkiyədən yardım istədi
Bizi izləyin

Dünya

Rusiyanın hərbi prokuroru Türkiyədən yardım istədi

Rusiyanın baş hərbi prokuroru Sergey Fridinski Suriya sərhədində vurulan pilot Oleq Peşkovun ölümündə Türkiyədən hüquqi yardım istəyəcəklərini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya tərəfi hadisənin təfərrüatlarını və pilotun havada atəşə tutularaq öldürüldüyünə görə məsuliyyət daşıdığı bildirilən Alparslan Çelikin ifadələrini istəyir.

“Türkiyə hüquq-mühafizə orqanlarına Peşkovun ölüm epizodu ilə bağlı yardım üçün müraciət edəcəyik. Düşünürəm ki, bundan sonra hər şey yerinə düşəcək” – deyə baş hərbi prokuror Fridniski deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm