Mağarada qorxunc hadisə: 19 nəfəri...
Bizi izləyin

Dünya

Mağarada qorxunc hadisə: 19 nəfəri...

Amerikanın Kentukki ştatında yerləşən mağaralardan birində tələyə düşən 19 nəfərdən ibarət qrup sağ-salamat xilas olunub.

Publika.az "Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Mett Bevin məlumat verib.

21 nəfərdən ibarət turist qrupu cümə axşamı səhər yerli mağaralardan birinə ekskursiyaya gəlib. Bu zaman yağmağa başlayan yağış tədricən mağaranı doldurub və yalnız 4 nəfər oranı tərk edə bilib. İki yerli polis əməkdaşı tələyə düşənlərin xilas edilməsi üçün hadisə yerinə göndərilib, lakin onlarla da əlaqə kəsilib.

"Bütün səyyahlar mağaradan xilas edilib",- deyə Bevin öz "twitter" səhifəsində yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm