Davudoğlu Dəniz Baykalın yanına getdi – FOTOLAR
Bizi izləyin

Dünya

Davudoğlu Dəniz Baykalın yanına getdi – FOTOLAR

Türkiyənin Baş naziri postunu yeni tərk edən Əhməd Davudoğlu mayın 29-da qaldığı iqamətgahı yeni baş nazir Binəli Yıldırıma təhvil verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əvəzində isə Ə.Davudoğlu "Ankara Çayyolu” bögəsində salınan villalar məhəlləsində yeni ev kirayələyib.

Çox zaman İstanbulda fəaliyyət göstərəcək Ə.Davudoğlu Ankarada olduğu zaman isə bu evdə yaşayacaq.

Sabiq baş nazirin Ankarada kirayələdiyi ev 6 otaqdan və 1 salondan ibarət, 400 kvadrat metrlik ərazidə inşa edilən villadır. Vilanın geniş bağçası da var.

Sözügedən evin 500 metrliyində CHP-nin sabiq sədri Dəniz Baykalın yaşadığı villa da yerləşir.

Sözügedən məhəllədə yerləşən bu villaların satış qiyməti 1,5-2 milyon lirə, aylıq kirayə haqqı isə 4-10 min lirə arasında dəyişir.

Əhməd Davudoğlunun hazırda Bilkent Universitetində təhsil alan oğlu Mehmet Davutoğlu da Ankaradakı villada yaşayacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm