Obamanın anti-Rusiya planı Konqresdə
Bizi izləyin

Dünya

Obamanın anti-Rusiya planı Konqresdə

ABŞ prezidenti Barak Obama kosmosda rəqiblərdən gələn mümkün təhlükələrin qarşısının alınması siyasəti ilə bağlı hesabatı Konqresə göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

Obama silahlı qüvvələrin işləri üzrə parlament komitələrinin rəhbərlərinə məktubunda hesabatı və məxfi əlavəni təqdim etdiyini vurğulayıb.

Hesabatda qeyd edilir ki, sənəd Birləşmiş Ştatlar hökumətinin müxtəlif idarələrinin əməkdaşlığının nəticəsidir.

“Kosmosda risklərin azaldılması, həmçinin Birləşmiş Ştatların kosmik məkanda fəaliyyət azadlığı ABŞ üçün əsas məsələdir”, - dövlət başçısı dəqiqləşdirib.

Barak Obamanın fikrincə, bu yolda müvəffəqiyyət qazanmaq üçün bütün nazirliklərdən çoxillik səylər tələb olunur: “Mən sizin dəstəyinizə bel bağlayıram”.

Amerika hərbçiləri bildirirlər ki, Moskva və Pekin peyklərin orbital qruplaşmasının məhv edilməsi üçün silahın yaradılması ilə məşğuldur. Rusiyanın Xarici İşlər Nazirliyi isə kosmosda Rusiya təhlükəsi haqqında ABŞ-ın bəyanatlarını qeyri-ciddi hesab edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm