Aristotelin qəbri tapıldı - SENSASİYA
Bizi izləyin

Dünya

Aristotelin qəbri tapıldı - SENSASİYA

Yunanıstanın Xalkidika yarımadasının Staqir şəhərində (Salonikidən 40 kilometr aralıda) qədim yunan filosofu və mütəfəkkiri Aristotelin qəbiri tapılıb.

Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu haqda yunan arxeoloqu Konstantinos Sismanidis Solonikdə keçirilən konfransda bildirib.

Qədim Makedoniyanın bu yaşayış məntəqəsinin əsası bizim eradan əvvəl VI əsrin ortalarında qoyulub.

Məqbərə mərmər günbəzşəkilli binadan ibarətdir. Məqbərəyə aparan yol şəhərin bazar meydanına gedən yolun bilavasitə yaxınlığında yerləşir. Bundan əlavə, məqbərədən kənarda səcdəgah yerləşir. Məzar qədim mətnlərdəki təsviri təsdiq edir. Arxeoloqlar həmçinin Makedoniyalı Aleksandrın dövründə kəsilmiş 50 sikkə və keramikalar aşkar ediblər.

Aristotel bizim eradan əvvəl 384-cü ildə Staqirdə doğulub və eradan əvvəl 323-cü ildə ölüb. Çar II Filipp onu Makedoniyalı Aleksandrın müəllimi təyin edib. Qədim filosof Plutonun tələbəsi olan Aristotelin fikirləri orta əsr Avropa elminə və fəlsəfəsinə həlledici təsir göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm