• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Obamadan 160 min insanın öldüyü şəhərə tarixi səfər – FOTOLAR

  • Dünya
  • 27 May 2016 13:00
  • 892 Baxış
Obamadan 160 min insanın öldüyü şəhərə tarixi səfər – FOTOLAR

ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfər edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Birləşmiş Ştatların prezidenti Barak Obama təyyarəsi ilə Yaponiyanın “Marine Corps Air Station Iwakuni” hava limanına enib.

Səfər zamanı Barak Obamanın Xirosima və Naqasakinin atom bombardmanları ilə bağlı yapon xalqı qarşısında tarixi çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, Xirosima və Naqasaki faciələri bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Belə ki, ikinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək bu iki şəhərə atom bombası atılıb.

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” amerikan B-29 bombardman təyyarəsi “Balaca oğlan (bomba)” adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb.

9 avqust 1945-ci il tarixində isə 21 kiloton trotilə ekvivalent olan “Gonbul (bomba) adlanan atom bombası “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb.

Xirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olub.

Yaponiyaya ABŞ-ın atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur edib.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>