Ərdoğan namaz qılarkən həyəcanlı anlar yaşanıb - FOTO
Bizi izləyin

Dünya

Ərdoğan namaz qılarkən həyəcanlı anlar yaşanıb - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Kırşehirə ziyarəti zamanı 3 qadının uşaqları ilə birlikdə binanın damına çıxması prezidentin cangüdənlərini hərəkətə gətirib.

Publika.az türk mediasına istinadən xəbər verir ki, hadisə Ərdoğanın şəhərdə Ahmet Yesevi məscidində namaz qılarkən baş verib.

Məscidlə üzbəüz yerləşən yeddi mərtəbəli binanın damına çıxan qadınlardan biri həyat yoldaşı Mikail Ayaz Kahramanən həbsdə olmasına etiraz edib.

Lakin Ərdoğanın cangüdənləri və polis qadınları uşaqları ilə birlikdə damdan düşürdərək prezidentin yanına aparacaqlarına dair vəd veriblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm