Azərbaycanlılar Rusiyadan qovuldu
Bizi izləyin

Dünya

Azərbaycanlılar Rusiyadan qovuldu

Azərbaycanlı və çinli miqrantlar Rusiyanın Samara şəhərindən çıxarılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Samara vilayəti üzrə Federal miqrasiya xidmətinin mətbuat şöbəsindən bildirilib.

Rusiyanın Samara vilayəti miqrantların ən çox məskunlaşdığı yer hesab edilir. Bu gün məhkəmə icraçılarının qərarı ilə 3 azərbaycanlı öz doğma vətəninə geri qaytarılıb.

Rusiya Federasiyası ərazisində qalmaq rejimini pozanlar dövlət sərhədi buraxılış məntəqəsinə qədər aparılıb. Onlar vətənlərinə Moskvanın"Domodedovo" Hava Limanından yola salınıb.

Eynilə "Şeremetevo" Hava Limanından isə 2 çinli öz vətəninə göndərilib. Bundan sonra həmin beş miqrantın 5 il müddətinə Rusiya ərazisinə daxil olması qadağan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm