• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Rusiya səfiri: “Bu ölkə anti-rusiya kampaniyasının lideridir”

  • Dünya
  • 28 May 2016 04:41
  • 606 Baxış
Rusiya səfiri: “Bu ölkə anti-rusiya kampaniyasının lideridir”

Danimarkanın 150 hərbi qulluqçunu Baltikyanı ölkələrinə göndərilməsi barədə qərarı düşmən hərəkətdir və Rusiyanın təhlükəsizliyini təhdid edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin bildirib.

Onun sözlərinə görə, Kopenhagenin “düşmənçilik” niyyəti Moskva ilə münasibətləri kəskinləşdirə bilər.

“Bu təxribatdır və təbii ki, Rusiyanın cavabı olacaq. Bu qərarı dəstəkləyə bilmərik. Biz cavab olaraq müdafiəmizi möhkəmləndirəcəyik. Biz düşmənçiliyin bu fəslini birirməliyik”, - Rusiya diplomatı qeyd edib.

Vaninin sözlərinə görə, bu cür qərarlar Kopenhagen və Moskva arasında sıx koordinasiyadan sonra qəbul edilməlidir. Səfir həmçinin qeyd edib ki, Danimarka çoxdan anti-rusiya siyasəti yürüdür: “Danimarka həmişə anti-rusiya kampaniyasında liderdir. Nə vaxt ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, Danimarka ilk sıralardadır. Əgər Rusiyanın sərhədlərinə qoşunların göndərilməsindən söhbət gedirsə, Danimarka yenə irəlidədir", - Vanin bildirdi.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>