• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Erməni ailəsi Rusiyadan yarım milyon tələb etdi

  • Dünya
  • 28 May 2016 09:02
  • 545 Baxış
Erməni ailəsi Rusiyadan yarım milyon tələb etdi

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi qulluqçusu tərəfindən öldürülmüş ailənin qohumları Moskvadan kompensasiya tələb etmək niyyətindədir.

Publika.az “Armenia Today”a istinadən xəbər verir ki, kompensasiyanın məbləği 450 min avrodur.

İddanı məhkəməyə vəkil Aramazdom Kiviryan təqdim edib. O, zərər çəkənlərin qanuni varisləri - Anait Koştoyan, Lusine Avetisyan, Narine Poqosyan və Andranik Poqosyanın maraqlarını təmsil edir.

Vəkilin sözlərinə görə, baxmayaraq ki, Rusiya hərbçisi Valeri Permyakovda müəyyən psixi pozuntular və yayınmalar aşkarlanıb, amma ona silahı komandanlıq verib. Kiviryan vurğulayıb ki, Rusiya Gümrüdəki Rusiya bazasında xidmət keçən hərbi qulluqçularının hərəkətlərinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, ötən il yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada ölüb.

Məhkəmə prosesi 2015-ci ilin dekabrından gedir. Dinləmələr Rusiya hərbi bazasının ərazisində keçirilir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>