Təyyarə qəzasının yeni versiyası - TÜSTÜ
Bizi izləyin

Dünya

Təyyarə qəzasının yeni versiyası - TÜSTÜ

Misirin “EgyptAir” aviaşirkətinin “Airbus A320” sərnişin təyyarəsinin qəzası ilə bağlı yeni versiya irəli sürülüb.

Publika.az xəbər verir ki, bu haqda aviaqəzanın araşdırılmasının gedişatı ilə tanış olan mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib.

Yeni versiyaya görə, tüstü haqqında yanlış siqnala reaksiya vermiş ekipajın hərəkətləri qəzaya səbəb ola bilər. Nəşrin məlumatına görə, qəzanı araşdıran ekspertlər bu ssenarini ciddi şəkildə nəzərdən keçirirlər.

Mayın 21-də Fransa mülki aviasiya təhlükəsizliyinin tədqiqat və təhlil idarəsi (BEA France) bildirib ki, təyyarə ilə əlaqənin itməsindən bir neçə dəqiqə əvvəl “EgyptAir” təyyarəsinin avtomatik sistemi salonda tüstünün mövcudluq haqqında siqnallar göndərib. Ekspertlər bunu yanğınla izah edirlər. İddiaya görə, yanğın pilotların kabinəsinin yanındakı tualetdə və radio elektron avadanlığı bölməsində yarana bilərdi.

Mayın 24-də isə Misir KİV-i yazıb ki, aviaqəzadan bir neçə dəqiqə əvvəl laynerin pilotlarının kabinəsində temperaturun artması qeydə alınıb.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “Egyptair” aviaşirkətinin “Airbus A320” (MS804 reysi) təyyarəsi mayın 19-da Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb. Onun göyərtəsində 10 ekipaj üzvü olmaqla 66 nəfər var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm