Putin: “Rusiya üçün Kırım məsələsi bağlanıb”
Bizi izləyin

Dünya

Putin: “Rusiya üçün Kırım məsələsi bağlanıb”

“Rusiya üçün Kırım məsələsi bağlanıb. Kiminsə də bu məsələnin üzərinə getməsi nəyisə dəyişməyəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Putin deyib ki, Kırımın Ukraynaya bağışlanması məsələsi bu gün müzakirə mövzusu ola bilməz: “Bu məsələ artıq bağlanıb. Vaxtilə Kırım Ukraynaya bağışlanmışdı, ancaq Kırımda yaşayan insanlar tarixi qərar verərək, Ukraynadan ayrıldılar. Bu qərar Kırım əhalisinin iradəsi idi. Rusiyanın bu məsələ ilə bağlı indi kiminləsə müzakirə aparması mümkün deyil. Gəlin bu məsələnin üzərinə bir daha qayıtmayaq”.

V.Putin həmçinin qeyd edib ki, Suriyada kürdlərin müstəqillik istəyi Rusiyanı maraqlandırmır: “Bu, kürd xalqının öz məsələsidir. Bizi bu məsələ maraqlandırmır. Biz Suriyada terrorçularla mübarizə aparırıq ki, hadisələr bu gün Liviya və Somalidəki kimi təkrarlanmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm