• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Almaniyada qaçqınlara nifrətin ŞOK STATİSTİKASI

  • Dünya
  • 28 May 2016 15:29
  • 561 Baxış
Almaniyada qaçqınlara nifrətin ŞOK STATİSTİKASI

Almaniyada qaçqınlara qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Almaniya Daxili İşlər Nazirliyinin başçısı Tomas de Mezer bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə qaçqınlara və onların yerləşdiyi mərkəzlərə edilən hücumların sayı beş dəfə - 199-dan 1031-ə qədər artıb. 2016-cı ilin ilk aylarında vəziyyət daha da pisləşib. Yalnız yanvar ayında qaçqın sığınacaqlarına 449 hücum qeydə alınıb.

Sığınacaqlardan başqa, qaçqınlara qarşı 654 cinayət törədilib.

Nazirin sözlərinə görə, cinayətlərin böyük hissəsi internet vasitəsilə edilən təhqirlərin payına düşür.

Qeyd edək ki, Avropa hazırda II Dünya Müharibəsindən sonra ən böyük miqrasiya böhranını yaşayır. Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyin (Frontex) məlumatına görə, Avropa Birliyinə 2015-ci ildə 1,8 milyon miqrant gəlib. Onların yalnız 1 milyonu Almaniyaya daxil olub.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>