Sarkisyanın mafiya ilə sıx əməkdaşlığı ortaya çıxdı – ŞOK FAKTLAR/FOTOLAR
Bizi izləyin

Dünya

Sarkisyanın mafiya ilə sıx əməkdaşlığı ortaya çıxdı – ŞOK FAKTLAR/FOTOLAR

Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-dakı mafiya qruplaşması ilə yaxın əlaqələri ortaya çıxıb.

Publika.az “Armenia Today”-ə sitinadən xəbər verir ki, S.Sarkisyanın mafiya əlaqələrini Ermeni Milli Konqresinin koordinatoru Levon Zurabyan ifşa edib.

L.Zurabyan bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın 1998-ci ildən ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən “Pzo” ləqəbli ermeni mafiya başçısı Armen Kazaryanla sıx əlaqələri mövcuddur. Onun sözlərinə görə, Armen Kazaryan Serj Sarkisyanın “Saşik” ləqəbli qardaşı Aleksandr Sarkisyanın Amerikadakı biznesini idarə edir: “Armen Kazaryan ABŞ-da 35 milyon dollarlıq dələduzluq hadisəsi ilə gündəmə gəlmişdi. Serj Sarkisyan zaman-zaman bu mafiozdan öz hakimiyyətinin möhkəmləndirmək üçün istifadə edib. Ermənistanın keçmiş daxili işlər naziri Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı sərt mübarizə aparan zaman, Armen Kazaryan ABŞ-a qaçmışdı. Ancaq Robert Koçaryan, daha sonra Serj Sarkisyan hakimiyyətə gələn kimi, bu mafiozun ulduzları parlamağa başladı”.

L.Zurabyan qeyd edib ki, Serj Sarkisyan ona müxalif olan şəxsləri Armen Kazaryan vasitəsi ilə aradan götürüb: “Bu gün isə Serj Sarkisyan özü təhlükəli mafioza çevrilib və dövləti də mafiya kimi idarə edir. Çünki özü mafiya iqtidarı qurub”.

L.Zurabyan Armen Kazaryanın təkcə Serj Sarkisyan hakimiyyətinə deyil, bundan öncə də Koçaryan iqtidarı ilə yaxın əməkdaşlıq etdiyini bəyan edib:

“Armen Kazaryanın Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da sıx əlaqələri var idi. Bundan sonra isə Sarkisyanla əlaqələrini davam etdirdi. Hətta, 2008-ci ilin prezident seçkiləri zamanı Armen Kazaryan Serj Sarkisyanın rəqibi olmuş Levon Ter-Petrosyana qarşı cinayətlər işləmişdi. Sarkisyan Ter-Petrosyanın fəal tərəfdarlarını məhz Armen Kazaryanın vasitəsilə aradan götüzdürürdü”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm