Saakaşvili əsgərliyindən danışdı: “Moskvadan gələn mayor...”
Bizi izləyin

Dünya

Saakaşvili əsgərliyindən danışdı: “Moskvadan gələn mayor...”

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Sərhədçi Günü ilə əlaqədar “Facebook” səhifəsində hərbi xidmət illərindən danışıb.

Publika.az xəbər verir ki, Saakaşvili sovet ordusunda sərhəd qoşunlarında xidmət etdiyini yazıb.

Odessa qubernatorunun sözlərinə görə, onu Kiyev Dövlət Universitetinin birinci kursundan təcili xidmətə çağırıblar. O, bütün hərbi xidmətini Ukraynada keçirib.

Saakaşvili rus zabitlərindən də şikayətlənib: “Mən yaxşı xatırlayıram. Ukrayna zabitləri çox mərhəmətli idi, onlar RSFSR-dən göndərilmiş zabitlərdən çox fərqlənirdilər. Onlardan biri, Moskvadan olan mayor siyasi şöbənin rəhbəri idi və xüsusi bölməyə məndən raport yazdı…”

Siyasətçinin sözlərinə görə, onu siyasi etibarsızlıqda ittiham ediblər. Amma raportu ələ keçirən Ukrayna zabiti onu Saakaşvilinin gözləri qarşısında cırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm