• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Rza Zərrabın Əsədlə şok əlaqəsi – biznesmen 2009-cu ildə Azərbaycana...

  • Dünya
  • 28 May 2016 18:40
  • 1 596 Baxış
Rza Zərrabın Əsədlə şok əlaqəsi – biznesmen 2009-cu ildə Azərbaycana...

ABŞ-da həbsdə saxlanılan Azərbaycan əsilli biznesmen Rza Zərrab neft pullarını İran İslam İnqilabı Keçikçilər Korpusunun (SEPAH) üzərindən Suriya rəhbərliyinə köçürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə biznesmenin istintaqını aparan prokuror Pret Bharara çıxış edib.

Bhararanın hazırladığı sənəddə SEPAH-ın İranın ticarət fəaliyyətinə təsiri olduğu və Yaxın Şərqdə terrorizmə maliyyə dəstəyi verdiyi xatırladılıb. Sənəddə ABŞ Dövlət Departamentinin 2013-cü ildə hazırladığı hesabata istinadən SEPAH-ın Suriyada Bəşər Əsədə kömək üçün zabitlərini bu ölkəyə göndərdiyi, bununla da qlobal sabitliyi təhdid etdiyi bildirilir. Sənəddə Rza Zərrabın İranın “Bank Mellat” və “Bank Karafarin” kimi maliyyə təşkilatları ilə əlaqələrinə diqqət çəkilir və biznesmenin Bəşər Əsədi daha çox silahla təmin etmək üçün SEPAH-a milyonlarla dollar qazanmağa kömək etdiyi iddia olunur.

Sənəddə diqqət çəkən bir başqa məqam isə Zərrabın səlahiyyətlilərə verdiyi ifadədə beynəlxalq səfərlər və sərvəti barədə məlumatların tam şəkildə vermədiyinin göstərilməsidir. Zərrabın son 10 ildə tətil üçün getdiyi yerlər olaraq London, Çin, Sinqapur və Tailand göstərilsə də, Rusiya (2007-2010-cu illər), Azərbaycan (2009), Səudiyyə Ərəbistanı (2013 və 2015-ci illər), Misir (2014) və Livana (2015) səfərlərinin gizlədildiyi bildirilir.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Menxettin ştatındakı "Metropoliten" həbsxanasında saxlanılır. O İrana qarşı tətbiq olunan sanksiyaları pozmaqda, bank saxtakarlığına yol verməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>