Aralıq dənizində daha 45 miqrant batıb
Bizi izləyin

Dünya

Aralıq dənizində daha 45 miqrant batıb

Aralıq dənizində qayığın aşması nəticəsində azı 45 miqrant boğulub, 10-dan çox adam itkin düşüb. Bu barədə İtaliya sahil mühafizə xidməti məlumat verib.

BMT və sahil mühafizə xidməti bildirir ki, bir həftədən çoxdur 14 min adam davamsız qayıqlarla dənizi keçmək istəyib və onların arasında yüzlərlə boğulan ola bilər. Hələlik, bədbəxt hadisələrlə bağlı rəsmi rəqəmlər yoxdur.

Qeyd edək ki, mayın 27-də İtaliya xilasediciləri təxminən 135 adamı xilas ediblər. 45 adamın cansız bədəni aşkar olunub, itkin düşənlər də var.

Sahil mühafizə xidməti bildirir ki, havaların isinməsi və sakit dəniz miqrantları Liviyadan gizli yolla Avropaya keçirmək istəyənləri hərəkətə gətirib. Miqrantlar bunun üçün böyük vəsaitdə pul ödəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm