ABŞ-da ara qarışdı - 3 ölü, 12 yaralı
Bizi izləyin

Dünya

ABŞ-da ara qarışdı - 3 ölü, 12 yaralı

ABŞ-ın Çikaqo şəhərində baş vermiş bir neçə silahlı insidentdə ən azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda NBC telekanalı xəbər verib. Telekanalın məlumatına görə, ölənlər arasında 15 yaşlı qız da var. O, 28 yaşlı kişi ilə avtomobildə olarkən qara rəngli “Nissan” markalı avtomobildən açılan atəşlə ağır yaralanıb. Qız xəstəxanada dünyasını dəyişib, kişi isə həkimlərin sayəsində ölümdən xilas edilib.

Daha bir ölüm hadisəsi isə yaşayış binasında baş verib. 23 yaşlı gənc iki nəfərlə dalaşarkən başından aldığı güllə yarası ilə hadisə yerindəcə ölüb.

Eşbern rayonunda isə 25 yaşlı Mark Lindsi öz avtomobilində naməlum şəxs tərəfindən güllələnib. Bir neçə güllə yarası alan Mark Lindsi ərazidən getmək istəsə də, onun avtomobili başqa maşınla toqquşub. O, xəstəxanada dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm