Dünya
İran həcc ziyarətinə zəvvar göndərməyəcək
İran bu il Məkkəyə həcc ziyarətinə zəvvarlar göndərməyəcək.
Publika.az xəbər verir ki, İran hakimiyyəti Səudiyyə Ərəbistanını həcc ziyarətinə mane olmaqda günahlandırır.
İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: “Təəssüf ki, iranlı zəvvarlar həcc ziyarətinə gedə bilməyəcəklər”.
Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb. Rəsmi Tehran ötən həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı 464 iranlı zəvvarın həyatını itirdiyini əsas gətirərək belə bir tələblə çıxış edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...