“Bizdən İstanbul fəthinin qisasını almaq istəyirlər”
Bizi izləyin

Dünya

“Bizdən İstanbul fəthinin qisasını almaq istəyirlər”

İstanbul 563 il öncə fəth edilib, amma onun hesablaşması indiyə qədər bitmir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəth edilməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, İstanbul daima türklərin olacaq:

“İstanbulu anlamaq üçün Məkkəni gözünüzün önünə gətirməlisiniz. Mədinənin hüzurunu içinizdə yaşamalı, Qüdsün ağrısını ürəyinizdə hiss etməlisiniz. İstanbulu anlamaq üçün Sultan Alp Arslanın kəfənini geyinib ordusunun rəhbərliyinə keçdiyi anda cəsarətini qavramalısınız. İstanbulu anlamaq üçün fəthin nə demək olduğunu bilməlisiniz. Fəth 21 yaşındakı bir sultanın minillik Bizansın dizini bükməsidir. Fəthdən sonra bizə nə İstanbuldan, nə də Anadoludan hicrət yoxdur. Bu məmləkəti heç kim bizdən ala bilməz. PKK-nı silahlandırıb, ölkəmizə hücum etdirənlərin dərdi nə kürd qardaşlarımız, nə də ki, o bölgədir. Onların dərdi fəthin intiqamını almaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm