Alan Pulido oğurlanıb
Bizi izləyin

Dünya

Alan Pulido oğurlanıb

Meksika futbolçusu Alan Pulido ölkənin şimalında yerləşən Tamaulipas ştatından oğurlanıb.

ANS PRESS-in məlumatına görə, Alan Pulido Yunanıstanın "Olimpiakos" komandasının hüjumçusudur, həmçinin Meksika milli futbol komandasının üzvüdür.

25 yaşlı Pulido doğma şəhəri Siudad-Viktoriya şəhərinin yaxınlığında oğurlanıb. Şənbə günü o əylənmək üçün şənliyə gedirmiş, bu zaman onun avtomobilini altı nəfər üzü maskalı adam əhatəyə alıb.

Meksikada iri narkokartellər tərəfindən həyata keçirilən oğurluqlar çox olur. Bu baxımdan Tamaulipas ən təhlükəli ştatlardan biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm