Türkiyədə terror aktı: 5 yaralı
Bizi izləyin

Dünya

Türkiyədə terror aktı: 5 yaralı

Türkiyədə terror hadisəsi baş verib.

Publika.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin Qulp rayonunda yerləşən jandarm postu yaxınlığındakı avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində Təhlükəsizlik Qüvvələrinin 5 əməkdaşı xəsarət alıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir. Terrorçular hadisədən əvvəl jandarm postuna avtomat silahlardan atəş açıblar.

Posta hücum edən terrorçulardan biri yaxalanıb. Digər silahlıların axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyata başlanılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm