Ərdoğan hər şeyi açıb tökdü: “PKK-ya silahı Rusiya verir” - FOTOFAKT
Bizi izləyin

Dünya

Ərdoğan hər şeyi açıb tökdü: “PKK-ya silahı Rusiya verir” - FOTOFAKT

“Hakkari Çukurcada helikopterimizi vuran silahların Rusiya tərəfindən PKK-ya verilən silahlar olduğunu bilirik. Hazırda terrorçuların əlində Rusiyanın verdiyi raketlər var”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Diyarbəkirdən qayıtdığı vaxt jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya silahları Suriya və İraq tərəfindən PKK-ya ötürülür.

Qeyd edək ki, bu il mayın 13-də Çukurca bölgəsində bir hərbi helikopter vurulub. Nəticədə, iki əsgər şəhid olub. Helikopteri vuran silahların boğazdan keçən rus gəmilərində İstanbula tuşlanan raketlərlə eyni olduğu məlum olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm