İstanbulun fəthi ilə bağlı gizli tarix üzə çıxdı
Bizi izləyin

Dünya

İstanbulun fəthi ilə bağlı gizli tarix üzə çıxdı

1453-cü ildə İstanbulun fəth edilməsi ilə bağlı maraqlı tarixi detal üzə çıxıb.

Publika.az xəbər verir ki, indiyə qədər tarixdə Fatih Sultan Mehmetin gəmilərinin qurudan keçirməsinin səbəbi kimi qalanın böyük zincirlərlə əhatələnməsi bilinirdi.

Lakin “Yeni Şafak” qəzetinin yazarı Yusuf Kaplan əsil səbəbin başqa olduğu iddiasını irəli sürüb.

“İstanbulun fəthi yalnız sahilə çıxılacağı təqdirdə mümkün olacaqdı. Amma o vaxt əhəmiyyətli problem var idi. Belə ki, sahildə çox sayda mülki əhali yaşayırdı. Osmanlı şeyxülislam mülki əhalinin üzərinə gedilməsinə fitva vermədi və Sultan Mehmete “məsum insanları öldürmək olmaz, başqa bir yol bul” dedi. Fatih də gəmiləri qurudan keçirmək fikrinə bundan sonra gəldi”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm