“Taliban” polis məntəqəsinə hücum etdi: 11 ölü, 7 yaralı
Bizi izləyin

Dünya

“Taliban” polis məntəqəsinə hücum etdi: 11 ölü, 7 yaralı

“Taliban” terrorçularının Əfqanıstanın cənubunda, Pakistanla sərhəddə yerləşən Gilmənd əyalətindəki polis postlarına hücumu nəticəsində ən azı 11 polis əməkdaşı həlak olub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 7 polis əməkdaşı yaralanıb. Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Yerli hakimiyyət orqanları faktı təsdiqləyib. Ordu hissələri “taliban”çıların axtarışına başlayıb.

Məlumata görə, əyalətdə atışma səsləri səngimir. Hərbçilərin əks hücumu nəticəsində bir neçə terrorçu həbs edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm