"Volkswagen" 700 avtomobilini geri çağırır
Bizi izləyin

Dünya

"Volkswagen" 700 avtomobilini geri çağırır

"Volkswagen" şirkəti təhlükəsizlik yastıqlarındakı problem səbəbilə Rusiyadan 689 avtomobilini geri çağırıb.

ANS PRESS-in məlumatına görə, 613 avtomobil şirkətin "Volkswagen Tiguan", 76 avtomobil isə "Audi Q5" modellərinə aiddir. Bu avtomobillərin istehsalı 2015-2016-cı illərdə həyata keçirilib.

Rosstandartdan bildirilib ki, avtomobildə qəza keçirən anda təhlükəsizlik yastığının işə düşməsi zamanı qazgeneratorlar da zədələnir ki, bu zaman ayrılan xırda metal hissəcikləri sürcüyə və sərnişinlərə ziyan vura bilər. O da əlavə edilib ki, avtomobil sahibləri pulsuz təmir üçün "Volkswagen"dən dəvət gözləyə, yaxud da dillerlərə müraciət edə bilərlər.

Bu ilin yanvarından isə şirkət Çindən 78 min avtomobili dizayn qüsurlarına görə geri çağırıb.

Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, 2009-cu ilin yanvarından 2014-cü ilin mayınadək olan müddətdə istehsal edilmiş “Tiguan”, “Magotan” və “Golf” modelləri geri göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm