Əhməd Davudoğlu 5 min verdi, Bərzani ev bağışladı
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu 5 min verdi, Bərzani ev bağışladı

Türkiyə sahillərində boğulan və ölümü bütün dünyada əks -səda doğuran 5 yaşlı Aylan Kurdinin atası Abdullah Kurdi İtaliyanın “La Republika” qəzetinə danışıb.

Publika.az xəbər verir ki, Abdullah Kürdi bu vaxta kimi ona çox az insanın yardım etdiyini deyib:

“Nə beynəlxalq təşkilatlar, nə suriyalılar, nə də suriyalı kürd təşkilatları mənə kömək etdi. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlundan başqa… O mənə 5 min dollar verdi. Bir də İraq Kürdüstanının baş naziri Neçirvan Bərzani mənə ev hədiyyə etdi”.

Abdullah Kurdi və ailəsi ötən ilin senytabrında Türkiyədən Yunanıstana getmək istəyərkən onların qayığı batmışdı. Nəticədə Abdullahın iki oğlu və həyat yoldaşı həlak olmuşdu. Faciədən sonra çəkilmiş foto dünyanın ən məşhur qəzetlərinin manşetlərində yer almışdı. Aylan Kurdinin faciəli ölümü Suriyada baş verənləri əks etdirən karikaturaçıların da əsas mövzusu olmuşdu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm