Ağ Ev Obamanın bu şəklini yaymağa qoymur - Foto
Bizi izləyin

Dünya

Ağ Ev Obamanın bu şəklini yaymağa qoymur - Foto

Ağ Ev Obamanın bu şəklini yaymağa qoymur - Foto

Ağ Evin mətbuat katibi Cey Karni “Boston Red Soks” beysbol komandasının kapitanının telefonla çəkdiyi ABŞ prezidenti Barak Obamanın şəklinin internetdə yayılmasına qarşı öz mənfi fikrini ifadə edib.

Milli çempionat vaxtı “Boston Red Soks” komandasının qələbəsini qeyd edən kapitan şəkili Ağ Evdə çəkib.

Samsung telefonu ilə çəkilmiş şəkil “Twitter” səhifəsində sürətlə yayılaraq 10 minlərlə şərhin yazılmasına səbəb olub. Bundan əlavə, KİV araşdırıb ki, komandanın kapitanı Devid Ortiz Cənubi Koreya şirkəti ilə müqavilə bağlayaraq çəkdiyi fotonu Samsung şirkətinin reklam aksiyalarında təqdim edir.

Ağ Evin mətbuat katibi hal-hazırda hüquqşünaslarla danışıqlar apararaq Barak Obamanın şəklinin reklamda yayılmasının qarşısını almağa çalışır.

Samsung şirkəti isə etiraz olaraq bildirir ki, Obamanın “selfie” şəkili məhz onun istəyi ilə çəkilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm