Rusiya millətçiləri ŞOKDA: “Putin geri çəkilir”
Bizi izləyin

Dünya

Rusiya millətçiləri ŞOKDA: “Putin geri çəkilir”

“Rusiya prezidenti Vladimir Putin Donbasdan geri çəkilməyə hazırlaşır”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə Rusiyanın “Russkiy” millətçi hərəkatının lideri Dmitri Demuşkin deyib.

“Görünür, o, geri çəkilmənin təşkilindən başqa orada artıq heç bir məsələni həll etmir. Hər şey Krımın alınması üçün hansısa bufer rolunu oynayırdı. “Novorossiya” sadəcə diqqətin yayındırılması və ticarət imkanı, yəni Krımla bağlı məsələdə güzəşt almaq imkanı idi”, - Demuşkin bildirib.

Onun sözlərinə görə, Putin Ukraynanın cənubi-şərqində böyük dəstəyə bel bağlayırdı: “Lakin yanıldı. İnsanlar sadəcə kənardan baxaraq passiv oldular. Dörd milyonluq Donbas üçün mitinqlər çox kiçik idi, insanlar vuruşmağa heç hazır deyildilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm