Suriyalı üsyançılar Dəməşq yaxınlığına çatıblar
Bizi izləyin

Dünya

Suriyalı üsyançılar Dəməşq yaxınlığına çatıblar

Suriyada müxalif qüvvələrlə ordu arasında qanlı döyüşlər davam edir.

Suriyada müxalif qüvvələrlə ordu arasında qanlı döyüşlər davam edir.

Ötən gün üsyançılar Suriya prezidenti Bəşər Əsədin iqamətgahının yerləşdiyi məhəlləni bombalayıblar. Paytaxt Dəməşqin mərkəzində yerləşən Əl-Maliki küçəsinə bir neçə mərmi düşüb. Məlumatı Suriya rəsmiləri də təsdiqləyiblər.

Raket zərbələri dinc insanların yaşadığı binalara tuş gəldiyindən, 5 nəfər həlak olub. Yaralıların dəqiq sayı haqda isə məlumat verilmir. Bu arada Suriya ordusuna məxsus hərbi təyyarələr Hələb şəhərinə yenidən raket yağdırıblar. Nəticədə 40-dan artıq dinc insan həlak olub. Onların əksəriyyəti raket zərbəsi nəticəsində uşmuş binanın dağıntıları altında qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm