Ərdoğana qarşı birgə mübarizə qərarı verildi
Bizi izləyin

Dünya

Ərdoğana qarşı birgə mübarizə qərarı verildi

Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi başlayan əməliyyatlar ölkə gündəmini zəbt etdiyi bir vaxtda Jurnalistlər və Yazarlar Vəqfindən hökumətə qarşı bir hücum xəbəri gəldi.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Jurnalistlər və Yazarlar Vəqfi seçkilərdə Ədalət və İnkişaf Partiyası (AKP) əleyhinə kampaniya üçün birgə mübarizə qərarı qəbul edib.

Jurnalistlər və Yazarlar Vəqfi Trabzonda 8 vilayətin vəqf idarəçiləri və üzvləri ilə bir araya gəlib. “Akşam” qəzetinin iddialarına görə, toplantı Qara dənizi bölgəsindəki vəqf nümayəndələrinin iştirakı ilə 2 mərhələli keçirilib. Toplantılarda bələdiyyə seçkilərində AKP iqtidarına dəstək verilməməsi qərara alınıb.

Toplantılarda medianın əhəmiyyəti önə çəkilərək vəqfə yaxın qəzetlərə yeni abunələrin təmin olunması üçün geniş miqyaslı işlərin görülməsinin vacibliyi bildirilib. Aralarında həkim, iş adamı, alim və bölgənin nüfuzlu insanlarının olduğu vəqf üzvlərinin bu tələblər qarşısında “arada qaldıq” deyərək narahatlığını ifadə etdiyi iddia olunur.

Məlumata görə, vəqfin bəzi üzvləri AKP-yə qarşı sərgilənəcək davranışın onların özünə qarşı mənfi bir mövqeyə çevriləcəyindən narahatdır.

Qeyd edək ki, Jurnalistlər və Yazarlar Vəqfi 1994-cü ildə məhz Fəthullah Gülənin fəxri sədrliyi ilə qurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm