Tatarlar Krım hökumətində təmsil olundu
Bizi izləyin

Dünya

Tatarlar Krım hökumətində təmsil olundu

Tatarlar Krım hökumətinə daxil oldu

Krım tatarlarının ictimai icraçı orqanı olan Məclisin təqdim etdiyi iki namizəd hökumət vəzifələrinə təyin edilib. Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Krım parlamentinin qərarı ilə rusiyalı sahibkar Lenur İslamov Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təsdiq olunub.

Zaur Smirnov isə millətlərarası münasibətlər və deportasiya olunmuş vətəndaşların işi üzrə dövlət komitəsinin sədri olub.Krım tararlarının Məclisi Lenur İslamovu Baş Nazirin birinci müavini vəzifəsində görmək istədiyini bildirib.

Bu təyinatlar Krımdakı referenduma etiraz edən tatarlar arasında ziddiyyətli reaksiya doğurub. Məclisin sədri Refat Çubarov deyib ki, iki namizədin hakimiyyətdə təmsil olunması Krımdakı, hüquqi, mədəni və siyasi yeniliklərin tanınması demək deyil.

Məclisin sabiq sədri, tanınmış hüquq-müdafiəçisi Mustafa Cəmil təyinatı dəstəkləmədiyini bildirib.Bununla yanaşı o, xalqın problemlərini “necəsə həll etməyə” çalışan həmkarlarını qınamadığını deyib.

Xatırladaq ki, mart ayının sonunda Krım tatarlarının müvəkkillik orqanı olan Qurultayın növbədənkənar iclasında Krımda milli muxtariyyətin yaradılmasına başlamaq haqqında qərar qəbul edib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm