Yunanıstanda bir gecədə iki güclü zəlzələ olub
Bizi izləyin

Dünya

Yunanıstanda bir gecədə iki güclü zəlzələ olub

Bu gecə 01:08-də Yunanıstanın paytaxtı Afina yaxınlığında 5,4 bal gücündə zəlzələ meydana gəlib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bu gecə 01:08-də Yunanıstanın paytaxtı Afina yaxınlığında 5,4 bal gücündə zəlzələ meydana gəlib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 10,8 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Afinanın 89 km cənubunda baş verib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Daha bir zəlzələ isə Egey dənizində yerləşən Hidra adası yaxınlığında, 5,6 bal gücündə qeydə alınıb. Bu barədə Afina rəsədxanasının Geodinamika institutu məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxt Afinadan 28 kilometr cənub-şərqdə, dənizin 95 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar paytaxtda da hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə xəbər yayılmayıb.

Qeyd edək ki, Yunanıstan - ən yüksək seysmik fəallığı ilə tanınan Avropa dövlətlərindən biridir./ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm