Moskva Olimpiya oyunlarından sonra…- Okeanın o tayından xəbərdarlıq
Bizi izləyin

Dünya

Moskva Olimpiya oyunlarından sonra…- Okeanın o tayından xəbərdarlıq

2014-cü ilin sonunda Gürcüstan və Moldova Avropa İttifaqı (Aİ) ilə ticarət və assosiasiya haqqında razılaşmaları imzalamaq niyyətindədir. Bu ölkələr 2013-cü il noyabr ayında Litvanın paytaxtı Vilnüsdə keçirilən Aİ-nin sammitində sözügedən razılaşmaları paraflayıblar. 2014-cü ilin sonuna kimi isə bu iki ölkəyə Aİ-nin intensiv köməyi lazımdır ki, onlar mövqeyini dəyişməsinlər.

Publika.Az –ın məlimatına görə, belə bir qənaətə ABŞ-ın “Carnegie Endowment for International Peace” Fondu gəlib.

Moskva Olimpiya oyunlarından sonra…

Fond “Avropa İttifaqı Gürcüstan və Moldovaya təxirəsalınmaz kömək etməyə niyə məcburdur” başlıqlı yazısında noyabr sammiti ərəfəsində Rusiyanın Moldovanın Aİ ilə əməkdaşlığın mexanizmini nəzərdə tutan razılaşmanı paraflamasına mane olmaq üçün bacardığı hər şeyi etdiyini bildirir.

“Amma ticarət embarqosunun tətbiqi və kabohidrogen ehtiyatlarının idxalı ilə bağlı təhlükələrə baxmayaraq Moldova hökuməti möhkəm dayandı. Gürcüstana gəlincə, Rusiyanın bu ölkəyə təzyiqi olduqca az idi. Moskva hətta Vilnüs sammiti öncəsi gürcü şərabları, mineral sular və başqa məhsulların idxalına qoyduğu embarqonu ləğv etdi. Amma ümid etmək lazım deyil ki, Moskva bu ölkələrə Aİ ilə əlaqələri möhkəmləndirmək cəhdlərinə maneə olmaqdan imtina edəcək. Soçidə Qış Oyunları Olimpiadası başa çatan kimi Rusiya prezidenti Vladimir Putin Aİ ilə razılaşmaların imzalanmasına maneə olmaq üçün diqqətini yenidən Moldova və Gürcüstana yenidən yönəldəcək”.

Müxalifətdəki kommunistlərin güclü olduğunu yazan “Carnegie Endowment for International Peace” Fondu qeyd edir ki, bu baxımdan da Moldova Rusiyanın təzyiqləri qarşısında zəifdir:

“Kommunistlər isə əvvəl avrointeqrasiya ideyalarını dəstəkləsə də, hazırda antiavropa və rusmeylli mövqe tuturlar. Aİ çoxlu səy göstərməlidir ki, Moldova assosiasiya haqqında sazişin imzalanması planlarını saxlasın. Moldovaya Rusiya təzyiqinin əsas aləti enerji resurslarlarıdır. Kiçik ölkə tamamilə Rusiya qazından asılıdır. Aİ Rumıniya ilə Moldovanı birləşdirən boru kəmərinin tikintisini planlaşdırır. Hətta bu layihənin maliyyələşdirilməsi məsələsi həll edilsə belə, boru kəməri 2020-ci ildən tez hazır olmayacaq”.

Və Gürcüstan…

Fond Gürcüstanda da çox problemlərin olduğunu bildirir. Keçmiş prezident Mixail Saakaşvilinin və müxtəlif tərkibli “Gürcü arzusu” koalisiyasının bir yerdə yaşamasının ölkə siyasətini qeyri-müəyyənliyə gətiridiyi qeyd olunan yazıda “Gürcü arzusu”nun Saakaşvilinin partiyası üzvlərinə qarşı siyasi repressiyalar həyata keçirdiyi, “Gürcü arzusu” rəhbərliyinin ünvanına korrupsiya ittihamların səsləndiyi deyilir.

“Keçən ilin payızda keçirilən prezident seçkilərindən sonra bir yerdə yaşama bitdi və prezidentin postu da “Gürcü arzusu”nun əlindədir. Amma anlamaq çətindir, “Gürcü arzusu” bu ölkədə siyasi iqlimi necə yaxşılaşdıra bilər”, - Fond yazır.

Aİ nə etməldir?

“Carnegie Endowment for International Peace” Fondu gürcülərin əksəriyyətinin əvvəlki kimi avrointeqrasiyanı fəal dəstəklədiyini, Rusiyanın isə buna mane olmaq üçün imkanlarının olduğunu bildirir:

“Rusiya Abxaziya və Cənubi Osetiya regionları üzərində nəzarətini gücləndirə bilər. Bu regionlar 2008-ci ildə Gürcüstanla uzun sürməyən müharibədən sonra işğal edilib. Aİ nə edə bilər ki, Gürcüstan və Moldova assosiasiya haqqında razılaşmaların imzalanması planlarına saxlasın? İlk olaraq imzalanma daha erkən vaxta keçirilə bilər. Hərçənd, Aİ-nin bəzi üzv ölkələri buna qarşı çıxacaq. Brüssel Aİ ilə sıx əlaqələrin üstünlüklərini izah edərək ictimai kampaniyaya da başlaya bilər. 2007-2013-cü ilərdə Aİ tərəfindən Moldovaya 526 milyon avro ayrılıb. Əhalisi cəmi 3,5 milyon nəfər olan ölkə üçün bu çox böyük məbləğdir.

Aİ həmçinin kütləvi informasiya vasitələrlərindən, xüsusilə televiziya, radio və internetdən fəal istifadə etməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm