• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bir nömrəli narkotik ticarətçisi öldürüldü

  • Dünya
  • 5 Aprel 2014 10:11
  • 476 Baxış
Bir nömrəli narkotik ticarətçisi  öldürüldü

Şimali Amerika qitəsinin ən tanınmış narkotik ticarətçisi olaraq tanınan Elizabet Barrer Kanadanın Laçine şəhərində öldürülüb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, narkotik ticarətçisi Kanadanın Quebec ştatının tərkibində olan şəhərdə 19 Martda silahlı qarşıdurmada yaralanmışdı.

Onun xəstəxanada öldüyü bildirilir. ABŞ-a göndərilən barmaq izi və DNT nümunələrindən sonra onun Elizabet Barrer olduğu məlum olub. Montreal polisi hadisə günü onun Barrer olduğu qənaətinə gəlsə də, üzərində saxta sənədlər olduğu üçün kimliyi müəyyən olunmamışdı.

ABŞ təhlükəsizlik orqanları onu narkotik ticarətinin “açar adamı” olaraq axtarırdı. Elizabet Barrerin qurduğu narkotika ticarəti şəbəkəsinin ABŞ, Kanada və Ukraynaya qədər uzandığı bildirilir.Montreal polisi Barrerin şəbəkədaxili qarşıdurmada öldürülə biləcəyini düşünür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR