Erməni diasporundan Türkiyəyə növbəti ittiham
Bizi izləyin

Dünya

Erməni diasporundan Türkiyəyə növbəti ittiham

Erməni diasporu Türkiyəni ittiham etdi

ABŞ-dakı erməni diasporu Boston şəhərində Türkiyə əleyhinə etiraz aksiyası keçirib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ölkədəki erməni diasporunu ətrafında birləşdirən Amerika Erməni Milli Komitəsi (ANCA) Suriyanın şimal-qərbində yerləşən Keseb qəsəbəsində erməni əsilli suriyalılara qarşı hücumların Türkiyənin icazəsi ilə həyata keçirildiyini iddia edib.

Digər tərəfdən isə Ermənistan Kesebdəki ermənilərinə edilən hücumla əlaqədar Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub yazdı. BMT baş katibinin köməkçisi Farhan Haq Ermənistan Xarici İşlər Nazirindən məktub aldığını bildirib. O, məktubun detalları ilə əlaqədar hər hansı bir məlumat verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm