Berluskoni xəstəxanaya yerləşdirilib
Bizi izləyin

Dünya

Berluskoni xəstəxanaya yerləşdirilib

Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dizində yaranmış ağrıdan xəstəxanaya yerləşdirilib.

Həkimlərin proqnozlarına əsasən, o, xəstəxananı yaxın günlərdə tərk edə biləcək.

Qeyd edək ki, gələn həftə Milan məhkəməsi 77 yaşlı Berluskoni ilə bağlı məhkəmə qərarı çıxaracaq. Bu qərardan sonra o, ya ev dustağı kimi saxlanılacaq yaxud da islah-əmək işlərinə cəlb olunacaq.

Xatırladaq ki, keçmiş baş nazirə 2006-2008-ci illərdə rüşvətxorluğa və vergilərdən yayındığına görə cinayət işi açılıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm